“Milan” onu almaqdan imtina etdi

“Milan” onu almaqdan imtina etdi

İtaliyanın “Milan” klubu “Çelsi” və Mərakeş millisinin yarımmüdafiəçi Hakim Ziyeşi transfer etmək fikrindən imtina edib. SİA bildirir ki, İtaliya mətbuatının yazdığına görə, 29 yaşlı futbolçunun maliyyə iştahı “rossonerilər”i qorxuya salıb.

Xatırladaq ki, Ziyeş hazırda Dünya Çempionatının yarımfinalında Fransa ilə oyuna hazırlaşan milli komandasının düşərgəsindədir.

Afrika ölkəsinin yığması tarixində ilk dəfə mundialın belə bir mərhələsinə çatıb və mütləq ən azı bürünc medal uğrunda görüşdə oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə