Dünya futbolunun əfsanəsi, Braziliya millisinin sabiq hücumçusu Ronaldo, dünya çempionatının yarımfinalında Mərakeş yığmasının hazırkı titul sahibi Fransa yığmasına qalib gələ biləcəyinə inanmadığını bildirib.
“Mən Mərakeşin finala çıxmasını istərdim, lakin onların Fransaya qalib gələcəyini düşünmürəm. Amma onların turnirdəki səyahəti əladır”.
SİA-nın əldə etdiyi məlumata görə, Ronaldo mərakeşli müdafiəçi Cavad El-Yamikin oyununu xüsusi qeyd edir.
Ümumiyyətlə, komandanın bu turnirdə etdiklərini “gözəl” kimi dəyərləndirən Braziliya millisinin sabiq hücumçusu, bütün Mərakeşin indi yandığını bildirib.
Xatırladaq ki, Mərakeş dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq. Oyun çərşənbə günü, dekabrın 14-də (Moskva vaxtı ilə 22:00) keçiriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB