İdmançıya mənzil hədiyyə edildi

İdmançıya mənzil hədiyyə edildi

Kikboksinq üzrə dünya və Avropa mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Camal Məmmədov mükafatlandırılıb. Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, göstərdiyi gözəl nəticələrə görə, federasiyanın prezidenti Orxan Əliyev ona yeni mənzilin orderini təqdim edib.

Qeyd edək ki, daha öncə fevral ayında 2021-ci ildə dünya çempionu olduğu üçün Anar Məmmədova federasiya prezidenti tərəfindən avtomobil bağışlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə