Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo Mərakeş yığması ilə oyunda məğlubiyyət və Portuqaliya millisinin DÇ-2022-dən ayrılmasını şərh edib.
SİA xəbər verir ki, Ronaldonun sözlərinə görə, Portuqaliya üçün dünya kubokunu qazanmaq onun karyerasında ən böyük və ən iddialı arzusu olub və o, bu arzusu üçün çox mübarizə aparıb.
“Təəssüf ki, arzularım yarımçıq qaldı. İsti reaksiya verməyin mənası yoxdur”, - Ronaldo bildirib.
Onun sözlərinə görə, Portuqaliyaya sədaqəti dəyişməyib.
Ronaldo Portuqaliya və Qətərə təşəkkür edib yuxunun davam edərkən gözəl olduğunu da əlavə etdi.
Xatırladaq ki, Portuqaliya - Mərakeş matçı 1:0 hesabı ilə başa çatıb. Mərakeş Afrikadan yarımfinala çıxan ilk milli komanda oldu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB