"Braziliya 2026-cı ildə dünyanı fəth edəcək"

"Braziliya 2026-cı ildə dünyanı fəth edəcək"

“Real Madrid”in və Braziliya millisinin cinah oyunçusu Vinisius Junior komandasının Qətərdəki dünya çempionatını tərk etməsindən sonra paylaşım edib.

“Meydanda ağladım, soyunub-geyinmə otağında ağladım, təyyarədə tək ağladım, evə gələndə ağladım və nə qədər yaxın olduğumuzu xatırlayanda ağlayacağam... Şübhəsiz ki, həyatımın ən pis günü idi. Çox üzüldüm bu mətni bir neçə dəfə yazdım sonra sildim.Xəyal qırıqlığını ifadə etməyə sözüm çatmaz, sadəcə göz yaşlarım qaldı.Üzümdən təbəssüm yox oldu, onu yenidən tapmaq üçün vaxt lazımdır.Futbolu sevirəm və bu, mənə həqiqətən layiq olduğu Braziliyanı idarə etmək üçün yeni fürsət verəcək - Allahın planı həmişə bizim planımızdan yüksəkdir Biz həmişəkindən daha güclü qayıdacağıq. Dəstəyiniz və sevginiz üçün təşəkkür edirik.Birləşmiş Braziliya 2026-cı ildə dünyanı fəth edəcək, bunu unutmayın”.

SİA-nın əldə etdiyi məlumata görə, Vinisius bunu sosial şəbəkədə yazıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə