Yarımfinal və final oyunlarının rəsmi topu təqdim olunub DÇ-2022

Yarımfinal və final oyunlarının rəsmi topu təqdim olunub DÇ-2022

FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.

SİA ali futbol qurumunun saytına istinadən xəbər verir ki, top "Al Hilm", ərəb dilindən tərcümədə "Arzu" adlanır.

Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.

Qeyd edək ki, həlledici qarşılaşma "Lusail" stadionunda oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə