İngiltərə millisi dünya çempionatları tarixində antirekorda imza atıb

İngiltərə millisi dünya çempionatları tarixində antirekorda imza atıb

İngiltərə millisi dünya çempionatları tarixində antirekorda imza atıb.

SİA xəbər verir ki, Böyük Britaniya təmsilçisi 7-ci dəfə mundialların 1/4 final mərhələsində mübarizəni dayandırıb. Bu, dünya futbolunda ən zəif göstəricidir.

İngilislər daha əvvəl 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə eyni aqibətlə üzləşib.

Qeyd edək ki, İngiltərə millisi 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, DÇ-2022 ilə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə