Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Mərakeşlə oyuna (0:1) dair fikirlərini bölüşüb. SİA xəbər verir ki, Santuş bildirib ki, futbolçuları oyundan əvvəl istekli idi və ancaq qələbə haqqında düşünürdü.
“İlk hissədə çətinliklər yarandı, oyuna qoşulmağımız uzun çəkdi. Arzumuz, istəyimiz böyük idi. Futbolçular özlərinə güvəndilər, qol imkanlarımız da oldu, lakin biz tam gücümüzü meydana qoya bilmədik. Bacarmadıq, amma oyunçularım çox çalışdılar” - deyə Portuqaliya millisinin baş məşqçisi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB