Fransa millisinin kapitanı iki tarixi rekordu yeniləyib

Fransa millisinin kapitanı iki tarixi rekordu yeniləyib

İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris Fransa millisinin tarixinə düşüb. SİA xəbər verir ki, Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən oyunçu olub.

143-cü dəfə millinin formasını geyinən kapitan Lilian Türama məxsus rekordu (142) yeniləyib. O, həmçinin mundiallarda ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub - 18.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada Fransa millisi 1:0 hesabı ilə öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə