Mərakeşdən tarixi qələbə

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulacaq.

SİA-nın əldə etdiyi məlumata görə, 2-ci oyun günündə 2 matçdan 1-i başa çatıb.

Günün ilk matçında Portuqaliya millisi Mərakeşlə üz-üzə gəlib. “Əl Tumama” stadionunda oynanılan görüşdə 1:0 hesabı ilə qalib gələn Mərakeş tarixində ilk dəfə yarımfinala yüksəlib. Digər oyunda İngiltərə və Fransa yığmaları qarşılaşacaqlar. “Əl Bayt” stadionundakı görüş 23:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da oynanılıb. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

DÇ-2022, 1/4 final mərhələsi

10 dekabr

19:00. Mərakeş - Portuqaliya - 1:0

Qol: En Nesiri, 42

Baş hakim: Fakundo Telyo (Argentina)

“Əl Tumama” stadionu

23:00. İngiltərə - Fransa

Baş hakim: Uilton Sampayo (Braziliya)

“Əl Bayt” stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə