Neymar Messiyə Braziliyanın dünya çempionu olacağını demişdi

Neymar göz yaşlarını saxlaya bilmədi
Neymar Messiyə Braziliyanın dünya çempionu olacağını demişdi

Xəbər verdiyimiz kimi, Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 4:2) turnirdə mübarizəni dayandırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Braziliya yığmasının üzvü Neymar bu sensasiyadan sonra göz yaşlarını saxlaya bilməyib.

Komandanın müdafiəçisi Dani Alveş həmin vaxt 30 yaşlı hücumçuya təsəlli verib.

Qeyd edək ki, Neymar sözügedən görüşün 105+1-ci dəqiqəsində fərqlənib. Lakin rəqib oyunçu Bruno Petkoviç hesabı bərabərləşdirib. Bundan sonra görüş penaltilər seriyası ilə davam edib. Lakin Braziliya Xorvatiyanı üstələyə bilməyib - 2:4.

Deyim ki, Neymar Messiyə bu il Braziliya yığmasının dünya çempionu olacağını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə