Xorvatiya - Braziliya oyununda penaltilər seriyası - Yenilənir

Xorvatiya - Braziliya oyununda penaltilər seriyası - Yenilənir

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.

SİA-nın əldə etdiyi məlumata görə, ilk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i artıq başlayıb. Turnirin əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiya ilə qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün oyun əlavə vaxta uzadılıb. Lakin bu zaman da hesab açılmayıb. Hazırda görüşdə penaltilər seriyası oynanılır.

Digər oyunda isə Argentina və Niderland yığmaları üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bugünkü oyunun qalibləri yarımfinalda bir-biri ilə qarşılaşacaqlar.

9 dekabr

DÇ-2022

1/4 final mərhələsi

19:00. Xorvatiya - Braziliya - 1:1 (Əsas və əlavə vaxt)

Penaltilər seriyası:

Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edyukeyşn Siti" stadionu

23:00. Niderland - Argentina

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Lusail" stadionu

10 dekabr

19:00. Mərakeş - Portuqaliya

23:00. İngiltərə - Fransa

Bütün xəbərlər Facebook səhifəmizdə