"Sabah" fərqi daha da azaltdı - Yenilənir

Bu gün Azərbaycan kubokunun 1/4 finalında ilk oyunlara yekun vurulacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan iki oyundan biri başa çatlb.

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qərb derbisində hesabı meydan sahibləri açsa da, qonaqlar iki qol vuraraq əzmkar qələbə qazanıblar.

Günün digər görüşündə isə "Sabah" səfərdə "Səbail"lə qarşılaşır. Oyun saat 17:00-da start götürüb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.

9 dekabr (cümə)

17:00. “Səbail” – “Sabah” - 3:2 (İkinci hissə)

Qollar: Kizito Luvaqa, 32 (1:0), Franko Mazurek, 62, (2:0), 72 (3:0), Kristian Sebalyos, 80 (3:1), David Volkov, 90+4 (3:2)

Qırmızı vərəqə: Nicat Mehbalıyev, 12 ("Sabah")
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”

14:00. “Kəpəz” – “Turan Tovuz” - 1:2

Qollar: Abdullahi Şuaybu, 9 (1:0), Runi Eva, 52-pen. (1:1), Ehtiram Şahverdiyev, 63 (1:2)
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Gəncə şəhər stadionu

8 dekabr (cümə axşamı)

“Qarabağ” – “Qəbələ” - 2:2

“Zirə” – “Neftçi” - 1:0

Bütün xəbərlər Facebook səhifəmizdə