İspaniya millisinin yeni baş məşqçisi açıqlandı

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Luis Enrikenin istefaya göndərilməsindən sonra bu vəzifəyə Luis de la Fuente təyin olunub. Onunla dekabrı 12-i rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, de le Fuente bundan əvvəl İspaniyanın U-21 millisini çalışdırıb.

Xatırladaq ki, İspaniya Futbol Federasiyası bu gün Luis Enrike ilə yolları ayırıb. Buna komandanın DÇ-2022-nin 1/8 finalında Mərakeşə (əsas və əlavə vaxt - 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə