Fransa Futbol Federasiya baş məşqçini dəyişmək istəmir

Fransa Futbol İttifaqı (FFF) millinin baş məşqçisi Didye Deşamı vəzifəsində saxlamaq istəyir. SİA-nın məlumatına görə, bu barədə qurumun prezidenti Noel Le Qre "Sport Bild" nəşrinə açıqlama verib.

Funksioner bildirib ki, yığma Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazansa, 54 yaşlı mütəxəssislə müqavilə uzadılacaq.

O, "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın Deşamı əvəzləyəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

Le Qre 50 yaşlı mütəxəssislə danışıq apardıqlarını təkzib edib: "İndiyədək Zidan variantını nəzərdən keçirməmişəm. Nə mən, nə də ətrafımdan kimsə ona zəng vurub".

Qeyd edək ki, Fransa millisi 1/4 finalda İngiltərə yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə