Mbappe İngiltərəyə qarşı oynayacaq

Fransa millisinin futbolçusu Kilian Mbappe İngiltərə ilə DÇ-2022-nin 1/4 final matçından əvvəl ümumi qrupla məşqlərə qayıdıb. SİA xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb. Hücumçunun sözügedən oyunda iştirak edəcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Mbappenin millinin Dohada keçirilən ümumi məşqində iştirak etmədiyi bildirilirdi.

Xatırladaq ki, DÇ-2022-də 4 oyunda 5 qol vurub.

Qeyd edək ki, dekabrın 10-u keçiriləcək Fransa - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə