"Yuventus" Toni Kroosu almaq istəyir

Madrid "Real"ının və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, 32 yaşlı futbolçunun xidmətində "Yuventus" maraqlıdır. Turin təmsilçisi Kroosun transferini prioritet hədəf sayır.

Qeyd edək ki, alman futbolçunun "Real"la olan müqaviləsinin müddəti 30 iyun 2023-cü il tarixində başa çatacaq. Toni İspaniya nəhəngi ilə müqavilə yeniləməyi planlaşdırmır.

Bütün xəbərlər Facebook səhifəmizdə