İspaniya üçün Mərakeşi məğlub etmək asan olmayacaq

İspaniya üçün Mərakeşi məğlub etmək asan olmayacaq

Bu arada rusiyalı futbolçu və məşqçi Dmitri Çerışev dünya çempionatının 1/8 final mərhələsinin Qətərdə İspaniya və Mərakeş milliləri arasında keçiriləcək oyunundan gözləntilərini bölüşüb.

Qavi və Pedrinin hazırda İspaniya millisinin əsas oyunçularından olduğunu deyən rusiyalı onların bu yaşda tez-tez oynayan gənc bədənlərinin buna tab gətirməyə biləcəyini deyib

Onun fikrincə, bu, təkcə fiziki vəziyyətə deyil, həm də psixoloji vəziyyətə aiddir.

Yaponiyaya uğursuz məğlubiyyətdən sonra milli komanda motivasiya olsa da, qarşıdakı oyun gənc oyunçuların çiynində böyük yük olacaq.

Luis Enrike və onun məşqçilər korpusu, məncə, gənc oyunçularını hazırlamaqda çox diqqətli olduqlarını deyən Çerışev Qavi və Pedri üçün xüsusilə çətin matç olacağını Mərakeşin çox atletik və əks-hücum futbolu oynaması ilə əlaqələndirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, rus məşqçi əminliklə, İspaniya üçün mərakeşliləri məğlub etmək elə də asan olmayacağını bildirb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə