İngiltərəninn “Mançester Yunayted” komandasının Ukrayna “Şaxtyor”unun yarımmüdafiəçisi Mixail Mudriklə maraqlandığı barədə xəbərlər yayılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bundan əvvəl mətbuatda Mudriklə London “Arsenal”ının maraqlandığı barədə də məlumatlar yayılmışdı.
Qeyd edək ki, hazırda istedadlı ukraynalının potensial transfer qiyməti 50-60 milyon avro dəyərində qiymətləndirilir.
Yeri gəlmişkən, bu mövsüm 18 oyunda iştirak edən Mixail on qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə də edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB