"Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək - Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha iki oyunu keçiriləcək. SİA-nın məlumatına görə, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edəcək.

Meydan sahibləri 21 xalla beşinci, qonaqlar 10 xalla səkkizinci pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 10-da əyalət təmsilçisi, 5-də paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də “Qəbələ”nin üstünlüyü var - 35:20.

Günün ikinci görüşündə 38 xalla ikinci sırada olan “Sabah” 11 xalla yeddinci yerdə gedən “Şamaxı”nı sınağa çəkəcək. Tərəflər bu vaxtadək Premyer Liqada 15 dəfə görüşüblər. Hər iki komandanın aktivində 5 qələbə varsa, digər 5 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində “Şamaxı” cüzi üstünlüyə malikdir - 16:15.

Azərbaycan Premyer Liqası, XVI tur

3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

17:00. “Sabah” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Vüsal Əliyev

“Bank Respublika Arena”

Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə üstələyib. Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə