DÇ-2022-də qol vurmayan komanda qalmadı

Uruqvay millisi DÇ-2022-də ilk qollarını vurub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yığma qrup mərhələsinin 3-cü turunda Qana ilə hazırda davam edən görüşün 1-ci hissəsində 2 qol vurub. Bununla da, DÇ-2022-də qol vurmayan komanda qalmayıb.

Qeyd edək ki, bundan əvvəl Uruqvaydan başqa, bütün millilər DÇ-2022-də ən azı 1 qol vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə