DÇ-2022: Almaniya yığması qrupda qalıb - YENİLƏNİB

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında E qrupunun görüşlərinə yekun vurulub. Sonuncu turun nəticələrinə görə Yaponiya və İspaniya milli komandaları mundialın pley-off mərhələsinə vəsiqəni təmin ediblər. SİA xəbər verir ki, “Əl Beyt” stadionunda Kosta-Rika və Almaniya milli komandaları üz-üzə gəliblər. Fransız qadın FIFA referisi Stefani Frapparın idarə etdiyi oyunda hesabı Almaniya millisi açıb. Matçın 10-cu dəqiqəsində Serj Qnabri fərqlənib. Qarşılaşmanın ilk hissəsi Almaniya seçməsinin üstünlüyü ilə başa çatıb. Kosta-Rika millisi ikinci hissəyə daha fəal başlayıb. Matçın 58-ci dəqiqəsində kosta-rikalı yarımmüdafiəçi Yeltsin Texeda baxımlı qola imza ataraq hesabı bərabərləşdirib.

Görüşün 70-ci dəqiqəsində alman qapıçı Manuel Noyer avtoqolla yadda qalıb. Üç dəqiqə sonra alman yarımmüdafiəçi Kay Xaberts hesaba tarazlıq gətirib, 85-ci dəqiqədə isə dubla imza atıb. Qarşılaşmanın 89-cu dəqiqəsində alman hücumçu Niklas Fyullkruq yekun nəticəni müəyyənləşdirib. Beləliklə, görüş Almaniya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə