“Real” Bruno Fernandeşlə maraqlanır

"Mançester Yunayted"in və Portuqaliya yığmasının hücumçusu Bruno Fernandeş "Real"ın hədəfinə düşüb. SİA bildirir ki, bu barədə İngiltərə mətbuatı xəbər verir.

Mənbənin məlumatına görə, kral klubunun rəhbərliyi artıq qış transfer pəncərəsində və ya 2022/23 mövsümü başa çatdıqdan sonra “Mançester Yunayted”ə transfer təklifi etmək niyyətindədir.

Fernandeşin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Futbolçunun transfer qiyməti 75 milyon avro qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə