Dünya çempionatında ilk dəfə qadın hakim fit çalacaq

Dünya futbol qurumu 2022-ci il dünya çempionatının E qrupunda dekabrın 1-i cümə axşamı keçiriləcək oyunları idarə edəcək hakimləri açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, FİFA 2022-ci il dünya çempionatının E qrupunda keçiriləcək Kosta Rika - Almaniya matçını fransalı hakim Stefani Frappartın idarə edəcəyini açıqlayıb. Frappart dünya çempionatında oyun idarə edəcək ilk qadın hakim olacaq.

Açıqlamaya görə, Əl Bayt Stadionunda 23.00-da başlayacaq Kosta Rika-Almaniya matçını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.
Qadın hakimlər Neuza Back və Karen Diaz isə Frappartın köməkçiləri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə