Polşalı qapıçı həmyerlisinin rekordunu təkrarlayıb

Qətərdə futbol üzrə dünya çempionatının C qrupunun üçüncü turu çərçivəsində keçirilən Polşa-Argentina oyunu davam edir. Görüşün 38-ci dəqiqəsində baş hakim polşalı qapıçı Voytsex Şesnının Argentina millisinin kapitanı Lionel Messiyə qarşı etdiyi kobudluğa görə, Polşanın qapısına penalti təyin edib. Qolkiper qapının sol küncündən zərbəni dəf etməyi bacarıb. SİA xəbər verir ki, polşalı qapıçı eyni mundialda iki penaltini dəf edərək tarixdə üçüncü qolikiper olub. Əvvəllər buna ABŞ futbolçusu Bred Fridel (2002-ci il), eləcə də digər polşalı qapıçı Yan Tomaşevski (1974-cü) nail olublar.

Hazırda oyunda ikinci hissə davam edir və Argentina millisi 2:0 hesabı ilə öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə