“Sərhədçi” NTD-yə, “AAAF Xırdalan” isə “Neftçi”yə qalib gəlib

Bu gün Azərbaycan Basketbol Liqasında VIII tura start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turun açılış oyununda NTD və “Sərhədçi” komandaları üz-üzə gəldilər. Son topa qədər davam edən gərgin oyunda “Sərhədçi” 93:92 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular NTD-dən Londell Kinq (35 xal, 13 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (27 xal, 11 ribaund) olub.

Günün ikinci matçında “Neftçi” komandası “AAAF Xırdalan” ilə qarşılaşıb. Oyuna sürətli başlayan Xırdalan təmsilçisi sonda rəqibinə 83:68 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Denis Cons (20 xal, 4 ribaund ), “AAAF Xırdalan”dan isə Devin Pullum (24 xal, 9 asist) seçiliblər.

Qeyd edək ki, turun “Zirvə Astara” – “Sabah” və “Olimpik Şəki” – “Gəncə” görüşləri dekabrın 3-4-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə