Polşa - Argentina: Polşa-Argentina: Start heyətləri açıqlanıb

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının C qrupunun üçüncü turu çərçivəsində üz-üzə gələcək Polşa və Argentina yığmalarının start heyətləri açıqlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Polşa millisinin start heyətində Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski, Pyotr Zelinski və Karol Sviderski yer alıblar.

Argentina yığmasının heyətində isə meydana Emiliano Martines, Nikolas Otamendi, Nauel Molina, Markos Akunya, Xulian Alvares, Rodriqo de Paul, Entso Fernandes, Kristian Romero, Aleksis Makallister, Anxel Di Mariya və Lionel Messi çıxacaqlar.

“Stadium 974”də oynanılacaq matçı niderlandlı hakim Danni Desmond Makkeli idarə edəcək və qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə