İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qərarını şəxsi instaqram səhifəsində açıqlayıb.

Baş məşqçinin rəhbərliyi altında İran millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsindən çıxa bilməyib.

Qeyd edək ki, K.Keyroş bu ilin əvvəlində İran millisinin sükanı arxasına keçib. O, daha əvvəl 2011-2019-cu illərdə də Asiya təmsilçisinə rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə