Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq

Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq. SİA-nın məlumatına görə, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq. Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.

Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.

Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə