“Sabah” klubu minimal hesablı qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” komandası “Sabah”ı qəbul edib.

Tovuz şəhər stadionunda oynanılan qarşılaşma “Sabah”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda qolu Aleksey Kaşuk vurub.

Xallarının sayını 38-ə çatdıran “Sabah” klubu lider “Qarabağ”la xal fərqini 3-ə endirib. Tovuz təmsilçisi isə 16 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” klubu “Qəbələ” ilə üz-üzə gələcək. Turun əvvəlki matçlarında “Neftçi” klubu “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib - 0:0.

Bütün xəbərlər Facebook səhifəmizdə