Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq. SİA-nın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Paytaxt təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.

Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, "qırmızı-qaralar" 20 xalla beşinci yerdədir. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.

Azərbaycan Premyer Liqası, XV tur
29 noyabr

14:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.

Bütün xəbərlər Facebook səhifəmizdə