Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, çempionatın lider klubu “Qarabağ” “Zirə”ni qəbul edib. “Azersun Arena”da keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu, Qarabağın cari mövsümdə ikinci xal itkisi olub.

Bu nəticədən sonra 15 oyuna 41 xal toplayan Ağdam təmsilçisi ilk pillədəki mövqeyini qoruyub. 23 xalı olan “qartallar” isə 4-cüdür.

Qeyd edək ki, turun digər matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1. Tura noyabrın 29-da “Turan Tovuz”-“Sabah” və “Sumqayıt”-“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə