Türkiyə 1-ci Liqasının 15-ci turunda bu gün keçirilən "Göztepe" - "Altay" oyunu yarımçıq dayandırılıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, İzmir derbisinin 19-cu dəqiqəsində qonaq komanda tərəfdarları protexniki vasitələrdən istifadə ediblər. Fanatlardan biri yaralandığından meydana təcili tibbi yardım maşını daxil olub.
Bu zaman azarkeşlərdən biri "Altay"ın qapıçısı Ozan Evrim Özençi künc bayrağının dirəyi ilə vurub. Xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Azarkeş isə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB