Messi Maradonanın rekordunu təkrarladı

Argetina millisinin kapitanı Lionel Messi əfsanəvi Dieqo Maradonanın rekordunu təkrarlayıb. SİA xəbər verir ki, 35 yaşlı hücumçu buna DÇ-2022-nin ikinci turunda hazırda Meksika ilə keçirilən oyunda meydana çıxamqla nail olub.

Bu, Messinin dünya çempionatlarının final mərhələsində 21-ci oyunudur. Millinin keçmiş hücumçusu Maradona da eyni sayda oyuna çıxıb.

Maradona 1982, 1986 (qalib), 1990 (gümüş medalçı) və 1994-cü illərdə dünya çempionatlarında iştirak edib. Messi isə 2006, 2010, 2014, 2018-ci illərdə keçirilən mundiallarda da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə