Dünya çempionatında ilk dəfə qol vuran Levandovski ağladı

Dünya çempionatında ilk dəfə qol vuran Levandovski ağladı

Polşa millisinin futbolçusu Robert Levandovski karyerası ərzində ilk dəfə dünya çempionatında qol vurub.

SİA Qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu DÇ-2022-nin 2-ci turunda Səudiyyə Ərəbistanı ilə görüşün 82-ci dəqiqəsində fərqlənib. O, həmin an göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Polşa Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə