Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Almaniyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, qol vuran futbolçularının Almaniya Bundesliqasında oynaması ilə bağlı deyib: "Bir çox futbolçu bacarıqlarını inkişaf etdirmək üçün Almaniyaya getdi və bu gün öz güclərini göstərdilər. Bir çox alman insanı yapon futbolunun inkişafına kömək edib və töhfə verib. Bu gün komandamız qalib gəldi, lakin Yaponiya Almaniyadan və bütün dünyadan öyrənməyə davam etmək istəyir. Futbolumuzun gələcəyi bu olacaq".
Mütəxəssis bildirib ki, Almaniyaya qarşı matçda müdafiəyə daha çox diqqət etməli idilər: "Buna görə sistemi dəyişdirdim. Futbolçular da necə oynamaq lazım olduğunu o dəqiqə anladılar".
H.Moriyasu nəticənin gözlənilməz olduğunu vurğulayıb: "Bu, böyük sürpriz idi. Səudiyyə Ərəbistanın Argentina üzərində qələbəsini gördük. Asiya ölkələri futbolda qlobal standartlara çatır. Böyük qalibiyyəti qeyd etdik, amma turnir davam edir. Növbəti matça hazırlaşmalıyıq".
O, Asiya futbolunun gücünü göstərdiklini söyləyib: "Qol buraxanda da oynamağa davam etdik. İnadkar olmalı və irəliləməyə davam etməlisən. Son dəqiqəyə qədər israrlı olmaq lazımdır, o zaman biz bu anı ələ keçirə biləcəyik”.
Qeyd edək ki, Yaponiya millisinin heyətində Almaniya Bundesliqasında oynayan 8 futbolçu yer alıb. Yaponiyanın qələbə qollarını isə "Frayburq"dan (Almaniya) Rutsi Doan və "Bohum"dan (Almaniya) Takuma Asano vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB