“Sabah” Futbol Akademiyasında yeni təyinat olub

“Sabah” Futbol Akademiyasında yeni təyinat olub

“Sabah” Futbol Akademiyasında yeni təyinat olub. SİA klubun rəsmi saytına istinadla xəbər verir ki, əsas komandanın sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 kollektivində köməkçi məşqçi kimi çalışacaq.

Qeyd edək ki, keçmiş yarımmüdafiəçi 2018-2019-cu və 2019-2020-ci il mövsümlərində “Sabah”ın şərəfini qoruyub. O, əsas komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə