Ronaldo "Mançester Yunayted"dən təzminat almayacaq

Ronaldo "Mançester Yunayted"dən təzminat almayacaq

Kriştiano Ronaldo "Mançester Yunayted"lə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdikdən sonra klubdan heç bir ödəniş almayıb. SİA "The Telegraph"a istinadən xəbər verir ki, hücumçu və klub oyunçunun heç bir təzminat ödəmədən ayrılacağına dair razılığa gəlib.

Qeyd edək ki, Ronaldoun müqavilənin başa çatmasına 8 aydan bir az az vaxtı var idi. Kriştiano bu müqavilənin şərtlərinə görə 17 milyon funt-sterlinqə qədər qazana bilərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə