Futbol üzrə Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb. SİA xəbər verir ki, bu, Qətərdə təşkil olunan dünya çempionatının ilk turu çərçivəsində keçirilən Polşa - Meksika matçında qeydə alınıb.
Belə ki, Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib.
Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub.
Qeyd edək ki, Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski pelatini qaçırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB