Futbol tarixində ən uzunmüddətli oyun

Futbol tarixində ən uzunmüddətli oyun

DÇ-2022-nin İngiltərə - İran matçı (6:2) dünya çempionatları tarixində əsas vaxtda başa çatan ən uzunmüddətli oyun olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Opta Sports" məlumat yayıb. Görüşün baş hakimi Rafael Klaus qarşılaşmanın 1-ci hissəsinə 14 dəqiqə, 2-ci hissəsinə isə 10 dəqiqə əlavə edib. Nəticədə, oyunun təxminən 117 dəqiqə 16 saniyəsində final fiti səslənib.

Bundan əvvəlki rekord 1994-cü il dünya çempionatında Cənubi Koreya - Boliviya matçında qeydə alınmışdı (103:56).

Bütün xəbərlər Facebook səhifəmizdə