Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb

Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü beynəlxalq yarışa təyinat alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ACF-dən məlumat verilib.

Məlumatda bildirilib ki, Olimpiya dərəcəli hakim Fariz Hüseynov noyabrın 19-20-də Macarıstanın Gyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışında ədalət təmsilçiləri arasında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə