Qətərli tamaşaçıların əksəriyyəti birinci hissədən sonra stadionu tərk edib. SİA xarici mediaya istinadən xəbər verir ki, açılış matçında Qətər Ekvadora 2:0 hesabı ilə məğlub olduğu olub, bu zaman qətərli azarkeşlər komandalarının pis oyununa dözə bilməyib və ilk hissənin sonunda tribunaları tərk ediblər. Qarşılaşma başlayanda Qətər - Ekvador matçını 67 min 372 tamaşaçının izlədiyi açıqlanıb. Lakin Ekvador ilk hissədə Qətəri 2-0 hesabı ilə məğlub edib. Məlumata görə, matç başa çatanda cəmi 15 min tamaşaçı stadionda qalıb.
Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB