"Sabah"ın futbolçusu millidə debüt etdi

"Sabah"ın futbolçusu millidə debüt etdi

“Sabah”ın futbolçularından Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov və Ceyhun Nuriyev millimizin Şimali Makedoniyaya qarşı yoxlama oyununda (3:1) şans qazanıb. SİA klubun saytına istinadən xəbər verir ki, Aleksey və Bəxtiyar start heyətində meydana çıxıb. İsayev görüşün 59-cu dəqiqəsində Elvin Camalovla əvəzlənib, Bəxtiyar sonadək meydanda olub. Ceyhun isə matçın 68-ci dəqiqəsində oyuna daxil olaraq, yığmada debüt edib.

"Sabah"ın Azərbaycan millisindəki digər təmsilçiləri – Amin Seydiyev, Anatoli Nuriyev və Namik Ələskərov bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə