Açılış matçının ən yaxşı futbolçusu bəlli olub - DÇ-2022

Açılış matçının ən yaxşı futbolçusu bəlli olub - DÇ-2022

Qətərdə ev sahibləri ilə Ekvador millisi arasında keçirilmiş dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu bəlli olub. SİA-nın məlumatına görə, bu ada Cənubi Amerika təmsilçisinin hücumçusu Enner Valensiya layiq görülüb.

Türkiyənin "Fənərbağça" klubunda çıxış edən forvard Qətərə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Onun 3-cü dəqiqədə vurduğu qol isə VAR sistemi tərəfindən ləğv olunub.

Qeyd edək ki, Ekvador millisi bu qələbə sayəsində qrupda ilk sıraya yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə