Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilk qarşılaşma ev sahibi ilə Ekvador millisi arasında keçirilib. Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın hər iki qolunu Enner Valensiya (16, 31) vurub.
Qeyd edək ki, qrupun digər matçı Niderland və Seneqal yığmaları arasında keçiriləcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB