"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır - FOTOLAR

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır - FOTOLAR

Azərbaycan çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir. SİA xəbər verir ki, Macarıstandakı təlim-məşq toplanışını başa vuran komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir.

Kollektiv yoldaşlıq görüşündə MOİK-lə qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə