Dünya Kuboku çempionu 40 milyon dollar alacaq

Dünya Kuboku çempionu 40 milyon dollar alacaq

FİFA turnir başlamazdan əvvəl dünya çempionatını qazanan ölkənin 40 milyon dollar qazanacağını açıqlamışdı. SİA xəbər verir ki, təşkilatı 2-ci yerdə başa vuran ölkə 30 milyon dollar, 3-cü ölkə 27 milyon dollar, 4-cü ölkə isə 25 milyon dolları kassasına qoyacaq.

Ümumilikdə 440 milyon dollar mükafatın veriləcəyi Dünya Kuboku bu mənada 400 milyon dolların paylandığı 2018 Dünya Çempionatını da geridə qoymuş olacaq.

Bu il 22-ci dəfə keçiriləcək dünya çempionatı ev sahibi Qətər və Ekvador arasında keçiriləcək açılış matçı ilə başlayacaq. İtaliyalı referi Daniele Orsato CEST saat 19.00-da Əl-Xor şəhərindəki 60 min tamaşaçı tutumuna malik Əl Bayt Stadionunda keçiriləcək qarşılaşmada fit çalacaq. Bu görüşdə "Fənərbağça"nın futbolçusu Enner Valensiya da meydana çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə