Millimizin rəqibindən qələbə

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan İsveç yığması yoxlama görüşü keçirib. SİA xəbər verir ki, skandinaviyalılar Əlcəzairlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

İsveç - Əlcəzair - 2:0

Qollar: Forsberq, 45+3, Klaesson, 48

Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində Belçika, Estoniya, İsveç və Avstriya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə