Türkiyənin beynəlxalq dərəcəli hakimi karyerasını başa vurub - FOTO
Türkiyənin beynəlxalq dərəcəli hakimi Cüneyt Çakır aktiv hakimlik karyerasını başa vurub. SİA xəbər verir ki, Çakır bunu A Milli Futbol Komandasının Qaziantepdə Çexiya ilə keçirdiyi xüsusi maçında bildirib.
Türkiyə ilə Çexiya arasında keçirilən yoldaşlıq matçının ilk 5 dəqiqəsini idarə edən Çakır Milli Komandanın və çexiyalı futbolçuların meydanda qucaqlanması ilə təbrik edilib.
Stadionda azarkeşlər onu “Türkiyə sizinlə fəxr edir” şüarları ilə yola salıb. Çakıra Türkiyə Futbol Federasiyasının (TFF) Prezidenti Mehmet Büyükekşi tərəfindən təşəkkür lövhəsi verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB