Cüneyt Çakır son oyununa çıxdı

Cüneyt Çakır son oyununa çıxdı

Bu ilin avqustunda hakimlik karyerasını başa vuran Cüneyt Çakırı sonuncu dəfə oyun idarə edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, Türkiyə və Çexiya arasında hazırda birinci hissəsi oynanılan matçın ilk 5 dəqiqəsinin baş hakimi olub. Daha sonra görüş Villiam Kolluma tapşırılıb. Beləliklə, Çakir hakimlik karyerasında sonuncu oyununa çıxıb.

Qeyd edək ki, Çakır 2006-cı ildən FİFA referisi idi. O, karyerasında ümumilikdə 1679 matç idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə